Başlıcaİctimaiyyət
Azərbaycan sakini Bakıda transseksual qadını öldürüb, sonra cəsədi yandırıb

Azərbaycanda transseksual qadın, 27 yaşlı Əhəd Nuriyev öldürüldü, onun xəsədi yandırılıb. Məlumatı “Sputnik Azərbaycan” yayıb. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə Puta qəsəbəsi ərazisində üzərində bıçaq xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nuriyevi avqustun 18-də bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Ağcabədi rayon sakini M.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Azərbaycanda bu cür vəhşiliklərin baş verdiyi ilk hadisə deyil. Rəsmi statistikaya görə, hər il ölkədə 200-dən çox qətl hadisəsi baş verir. Müqayisə üçün, Ermənistanda bu rəqəm ildə 80-dir.







