İdman

Nikol Paşinyan Slovakiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Ermənistanda rəsmi səfərdə olan Slovakiyanın xarici işlər naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Görüş zamanı Hökumət başçısı  Slovakiyanın Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar edilməsində maraqlı olmasından məmnunluğunu ifadə etdi. 

Bu kontekstdə Nikol Paşinyan ötən il Azərbaycanın Artsax Respublikasına qarşı başlatdığı müharibənin yaratdığı vəziyyəti, erməni əsirlərin geri qaytarılması ilə bağlı razılaşmanı yerinə yetirməməsini, həmçinin Azərbaycan qüvvələrinin Ermənistanın suveren ərazisinə zorla daxil olunmasında toxunub. 

Baş nazir Ermənistan Hökumətinin atdığı addımları, Ermənistanın beynəlxalq aləmdən gözləntilərini təqdim etdi və ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində danışıqlar prosesinin bərpasının vacibliyini vurğuladı. 

Slovakiyanın xarici işlər naziri qeyd etdi ki, Slovakiya Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır.Korçok vurğuladı ki, Slovakiya Ermənistanın bölgədə sabitlik və sülhün bərqərar olunması və ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə yönəlmiş səylərini yüksək qiymətləndirir. 

Slovakiyanın xarici işlər naziri Slovakiyanın ATƏT-in Minsk Qrupunun həmsədrliyinin səylərinə dəstəyini ifadə  etdi.Tərəflər Ermənistanda demokratik institutların güclənməsi və bölgədə gedən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button