BaşlıcaSiyasət

Mütəxəssis: “Türkiyə və Azərbaycan prezidentləri yeni mümkün eskalasiyanın qiymətini başa düşürlər”

Türkiyə və Azərbaycan prezidentləri yeni mümkün eskalasiyanın qiymətini artıq çox yaxşı başa düşürlər.

 Bu barədə sentyabrın 22-də  Yerevan Dövlət universitetində “Rusiya Cənubi Qafqazda. Ermənistan-Rusiya müasir strateji birliyinin təhdidləri və problemləri” mövzusunda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MGIMO) Beynəlxalq araşdırmalar institutu və siyasi proseslərin təhlili laboratoriyasının direktoru,aparıcı elmi işçisi Nikolay Silayev çıxış edib.

Onun sözlərinə görə, Rusiya ilə yaxşı münasibətlər həm Türkiyə, həm də Azərbaycan üçün vacibdir, çünki Qarabağdakı uğurlara baxmayaraq Bakının xarici siyasət mövqeyi ideal olmaqdan çox  uzaqdır.

Bakının AB ölkələri ilə yaxşı münasibətləri yoxdur, xüsusən də AŞPA-dakı məlum”kürü qalmaqalından” və bir sıra digər səbəblərdən”-  deyərək Silayev bildirib.

Ancaq rusiyalı politoloqun qeyd etdiyi kimi, bu gün çox şey Ermənistanın Rusiyaya niyə ehtiyacı olduğu və onunla ittifaqı gücləndirməyə dəyər olub -olmadığı sualına Ermənistanın necə cavab verəcəyindən asılıdır.

Daha çox göstər
Back to top button