BaşlıcaSiyasət

Böyük Britaniya Ermənistanı və Azərbaycanı çıxılmaz vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırır

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Qallager, Ermənistan-Azərbaycan münaqişəsinə toxunub.

Armenpress-in xəbər verdiyi kimi, səfir Con Qallager bildirib ki, Birləşmiş Krallığının hökuməti tərəfləri danışıqlar masasında bir-biri ilə danışmağa və mövcud problemin danışıqlar yolu ilə həll etməyə çağırır. Səfir eyni zamanda ATƏT-in Minsk qrupu həmsədrliyinin formatı Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə təsirli yol hesab edib.

“Birləşmiş Krallığın mövqeyi hər iki tərəfi bir-biri ilə danışmağa, danışıqlar masasına oturmağa təşviq etməkdir. Düşünürük ki, ATƏT-in Minsk qrupu həmsədrliyinin formatı münaqişənin həlli üçün yeganə effektiv yoldur”,- deyə səfir vurğulayıb. 

Daha çox göstər
Back to top button