Başlıcaİctimaiyyət
Ruslar payız tətilini Yerevanda keçirməyi üstün tuturlar

Yerevan, rusların payızda istirahət etməsi üçün ən çox seçilən xarici ölkələr siyahısına daxil edilib. Bu barədə “Yandex” xidmətinin “Səyahət” bölməsinin təhlilində deyilir.
Tercih olunan xarici istiqamətlər Yerevan, Türkiyənin 3 şəhəri (İstanbul, Dalaman, Antalya), Kişinyov, Larnakan, Burgazdır.
Ekspertlər hesab edirlər ki, bu istiqamətlərin seçimi koronavirus epidemiyasının təsiri ilə bağlıdır. Çünki bir çox ölkələr turistlər üçün qapalıdır.
OneTwoTrip səyahət planlaşdırma platformasında da Ermənistan üstünlük verilən yer sayılır. Ermənistan, Rusiya vətəndaşlarının ən çox oktyabr ayında uçacağı xarici ölkələrin ilk üçlüyünə daxildir.







