
Moskvada Ermənistan, Rusiya və Azərbaycan dini liderlərinin görüşü keçiriləcək.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin iştirak edəcək.
Eçmiatsindən verilən məlumata görə, görüşün gündəliyinə regional problemlər daxildir.
Qeyd edək ki, Moskvada Ermənistan, Rusiya və Azərbaycan dini liderlərinin görüşü 12-13 oktyabrda keçiriləcək.







