BaşlıcaSiyasət

Milli zəmində nifrətdən qaynaqlanan daha bir cinayət hadisəsi: Artsax İstintaq Komitəsi

Artsax Respublikası İstintaq Komitəsinin Regional İstintaq İdarəsində 2021-ci il sentyabrın 6-da, saat 19:40 raddələrində Artsaxın Martuni rayonunun Tağavard kəndində yerləşən Azərbaycan döyüş mövqelərindən naməlum şəxs / şəxslər tərəfindən milli zəmində nifrətdən qaynaqlanaraq, əhəmiyyətli maddi ziyan vurmaq niyyəti ilə odlu silahlardan Tağavard kəndi istiqamətində atəş açmaqla adı çəkilən kənd sakininə məxsus fərdi evin zərər çəkməsi ilə bağlı Artsax Respublikası Cinayət Məcəlləsinin 33-191-ci maddəsinin 2-ci hissəsinin 1 və 4-cü bəndləri ilə cinayət işi başlanıb.

İstintaq Komitəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Daha çox göstər
Back to top button