BaşlıcaSiyasət

İran yük maşınlarından rüsumların alınması üçtərəfli razılaşmaya ziddir: İranın ER-dakı səfiri

İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri bəyan edib ki, Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli bəyanatına əsasən, tranzit yolu yeni yolun tikinti işlərinin bitməsinə qədər əvvəlki statusuna malik olmalıdır. “Təəssüf ki, Azərbaycan tərəfindən İran yük maşınlarından rüsumlar adığını gördük”,- səfir Tasnim agentliyinə deyib.

Zohuri qeyd edib ki, müstəqillik əlan etdikdən sonra Ermənistan-İran münasibətləri yaxşı və ən yüksək səviyyədə olub. “Bizim Ermənistanla bir neçə min illik uzun tariximiz var, və erməni həmvətənlərin olması səbəbindən bu əlaqələr daha güclüdür. Buna baxmayaraq, iki ölkə arasında yaxşı siyasi münasibətlərə paralel olaraq, istədiyimiz iqtisadi nəticələr əldə olunmayıb”.

Cənub-şimal tranzit marşrutuna gəlincə, səfir qeyd edib ki, onların Hind okeanı vasitəsilə Çabahara, Fars körfəzinə, daha sonra ticarət üçün təhlükəsiz, çox rahat olan Colfa-Ermənistan-Gürcüstana dəmir yolu var və bu yolda olan ölkələr bu üstünlüklərdən istifadə edə bilər.

“Nəqliyyat marşrutunun bir hissəsi Ermənistanın cənubunda, Syunik bölgəsində yerləşən 60 km uzunluğunda olan Sisian yolu ilə bağlıdır. Görülən tədbirlər nəticəsində bu yol əvvəlki yolu qısaldır. Ermənistan hökuməti bu yolu yenidən tikir, çox güman ki, İran tikinti işlərində iştirak edəcək”.

Bədəxşan Zohuri cənub-şimal tranzit yolunun problemləri ilə bağlı bildirib ki, bu yolun bir hissəsi 21 km uzunluğunda və Qoris bölgəsində yerləşir, onun iki hissəsi keçmiş sovet xəritələrinə görə Azərbaycan ərazisindədir.

“Rusiya, Ermənistan və Azərbaycan arasında aparılan danışıqlara görə, bu yol əvvəlki kimi, yeni yolun tikinti işlərinin sonuna qədər işləməli idi. Təəssüflər olsun ki, bir müddət əvvəl Azərbaycan tərəfi ilkin olaraq iki gün yolu bağlayıb, açdıqdan sonra isə İran yük maşınlarından pul istəyib”.

Daha çox göstər
Back to top button