BaşlıcaSiyasət

Əliyevlər ailəsi üçün İsraillə münasibətlər həmişə islamdan daha önəmli olub: Mossadın əməkdaşı Uzi Arad

Heydər və İlham Əliyev islama heç bir rəğbət hiss etmədilər və İsraillə ikitərəfli münasibətləri əvvəldən yüksək qiymətləndirdilər. Bunu “Jerusalem Post”dan Gill Hoffmana müsahibəsində keçmiş yüksək rütbəli Mossad rəsmisi və milli təhlükəsizlik müşaviri Uzi Arad deyib.

“Biz onlarla (Azərbaycan – red.) 1991-ci ildə müstəqilliklərini bərpa edəndə tam hüquqlu əlaqələr qurmağa qərar verdik. Bildiyiniz kimi, İsrail 1992-ci il aprelin 7-də Azərbaycanla diplomatik əlaqələr quran ilk dövlətlərdən biri olub. Deməliyəm ki, bir müsəlman ölkəsi ilə diplomatik, daha sonra isə daha çox əlaqələr qurmaq o qədər də asan deyil. Azərbaycan xalqının əksəriyyəti müsəlman olmaqla yanaşı, həm də İranın qonşusudur. Amma məsələnin yaxşı tərəfi ondan ibarətdir ki, Azərbaycanda yüksək vəzifəli dövlət məmurları, xüsusən də Heydər və İlham Əliyev islama heç bir rəğbət bəsləmirlər və İsraillə ikitərəfli münasibətləri əvvəldən dəyərləndirirlər.

Mən İsrailin Bakıdakı səfirliyində altı aylıq xüsusi ezamiyyətdə idim. İlham Əliyevin şəxsən tanıdığım qızı Leylanın sonradan ailə qurduğu Emin Ağalarov adlı yəhudi sevgilisi olub. Anasına dedilər ki, oğlunun yəhudi olduğunu ictimaiyyətə açıqlamasa yaxşı olar. Onun Jerard Kuşner ilə çox yaxşı münasibəti var idi. Düzünü desəm, ravvinlərimiz Leylanın yəhudiliyi qəbul etməsinə icazə versəydilər, o, bunu şərəflə yerinə yetirərdi.

Ancaq düşünürəm ki, biz tam olaraq olmaq istədiyimiz yerdəyik və hədəflərimizin əksəriyyətinə nail olmuşuq, qalanlarına isə yaxın gələcəkdə nail olacağıq”, – deyə o qeyd edib.

Daha çox göstər
Back to top button