BaşlıcaSiyasət

Azərbaycanın Xİ naziri etiraf edib: “Azərbaycan Qarabağa qarşı təcavüz edib”

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Qarabağ münaqişəsinin həllində niyə hərbi yolu seçdiyini açıqlayıb.

APA-nın məlumatına görə, C.Bayramov qeyd edib ki, “qarşı tərəf bizim xalqımıza dövlətimizə qarşı təcavüz  və hərbi təxribatlar yolunu seçib”.

“Təbii ki, bu, belə demək mümkünsə, Azərbaycanın səbr kasasını doldurdu. Ölkəmizin Konstitusiyasına və BMT nizamnaməsinə uyğun olaraq, beynəlxalq humanitar hüququn bütün tələblərinə uyğun olaraq, Azərbaycan əks-hücum əməliyyatına başlayıb.

44 günlük  vətən müharibəsi nəticəsində  okupasiyadan bizim 7   rayonlarımız azad olundu, Şuşa şəhəri o cümlədən  bizim 9 şəhərlərimiz və yüzlərlə yaşayış yerləri azad edildi.

Azərbaycan beynəlxalq sənədlərdə qeyd olunan öz sərhədlərini – erməni-azərbaycan və iran-azərbaycan dövlət sərhədlərini bərpa etdi”.

“Əks-hücum əməliyyatı” adlandırdığı təcavüz faktını ictimaiyyət qarşısında etiraf edən azərbaycanlı nazirin səmimiyyəti hansını ki, o əks-hücum” adlandırır misilsizdir.

Bayramov faktiki olaraq Azərbaycanın Dağlıq Qarabağın dinc əhalisinə qarşı təcavüz aktı törətməklə beynəlxalq hüququn bütün mümkün və qeyri-mümkün normalarını pozduğunu etiraf edib.

Eyni zamanda, azərbaycanlı nazir “beynəlxalq sənədlərdə qeyd olunan sərhədlərin bərpasından” danışarkən  ədalətsizdir.

SSRİ-nin hüquqi varisi olmayan Azərbaycanın Sovet Azərbaycanının sərhədlərinə iddia etmək üçün heç bir hüquqi əsası yoxdur.

Daha çox göstər
Back to top button