BaşlıcaSiyasət

Rusiya tərəfi Ermənistan və Azərbaycanla münasibətlərdə monopoliya iddiasında deyil

Rusiya Ermənistan və ya Azərbaycanla əlaqə saxlamaq üçün müstəsna hüquq əldə etmək niyyətində deyil.

 TASS-ın verdiyi  məlumata görə, bu haqda RF XİN 2020-ci il noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatın imzalanmasının bir illiyi münasibətilə yaydığı bəyanatda bildirilib.

“Rusiya tərəfi Ermənistan, Azərbaycanla ünsiyyətdə monopoliya iddiasında deyil, baxmayaraq ki,bizim həmin ölkələrin xalqları ilə uzunmüddətli yaxın dostluğumuz, bütün sahələrdə geniş miqyaslı tərəfdaşlığımız var.

Biz beynəlxalq potensialın mövcud səmərəli şəkildə istifadə edilməsi  xeyrinə çıxış edirik.

Dəyişən  regional dəyişilmiş reallıqlarını və  beynəlxalq birliyin mövcud potensialını  hesaba alırıq”- deyərək sənəddə qeyd olunub.

TASS-ın məlumatına görə, diplomatik xidmət üçtərəfli bəyanatın qəbulundan bir il sonra sosial şəbəkələrdə və internet resurslarında “Rusiyanın sülhməramlı səylərinin “Dağlıq Qarabağı ayırmağa” yönəldiyi Azərbaycana  “təhvi” vermək barədə məlumatların doldurulmasını, Ermənistanı “protektorat”a çevirməsi barədə şayələri rahat şəkildə inkar etmək olar”.

“Oxşar bəyanatlar populist xarakter daşıyır, açıq-aydın xarici sifarişə xidmət edir və reallıqla heç bir əlaqəsi yoxdur” –  deyərək RF  Xarici işlər nazirliyi bildirib.

Nazirliyin bəyanatına əsasən, Moskvanın təşəbbüsü ilə irəli sürülmüş bütün üçtərəfli sənədlər və mexanizmlər heç vaxt  tərəflər üzərinə məcbur edilməyib, yoxlanılmış maraqlar balansına əsaslanıb  ki,bu da Yerevan və Bakının süveren  maraqlarına hörmət əlaməti olaraq   nəzərdə tutulub.

“Bizim  bir sıra  təşəbbüsslərimiz ətrafında  razılığa gəlmək nail olunmayıb və bu  normaldır. Amma artıq təsdiqlənmiş razılaşma  necə deyirlər, əziyyətlə əldə edildiyi və praktikada səmərəli şəkildə həyata keçirilir” –  deyərək diplomatiya idarədə qeyd olunub.

Rusiya Ermənistan-Azərbaycan sərhədinin gələcək demarkasiyası üçün danışıqların başlanmasına dəstək verməyə hazırdır.

“2020-ci il  noyabrın 9-da olan bəyanatda mühüm müddəa qeydə alınıb – o da regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokunun açılması. Biz hesab edirik ki, problemin uzunmüddətli həlli erməni-azərbaycan dövlət sərhədinin  demargasiyası prosesinin və ona  ardıcıllıq edən delimitasiya prosesinin başlanğıcıdır.

 “Rusiya tərəflərin xahişi ilə lazımi konsaltinq yardımı göstərməyə, lazımi kartoqrafik materialları təqdim etməyə, demarkasiya üzrə zəngin təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”- deyərək  RF XİN-in məlumatında  qeyd olunub.

Rusiya sərhədçiləri münaqişə vəziyyətlərinin qarşısını almaq və  insidentləri həll etmək üçün sərhədin ən problemli hissələrində iştirak edir.

 Rusiya, Azərbaycan və Ermənistanın sərhəd idarələrinin qarşılıqlı müvafiq məlumat mübadiləsi üzrə işi gecə-gündüz təşkil edilib. Rusiya Xarici işlər nazirliyinin məlumatına görə, üçtərəfli işçi qrupun fəaliyyəti Azərbaycan-Ermənistan münasibətləri, eləcə də Cənubi Qafqazdakı ümumi vəziyyət üzrə birgə işin əsas elementlərindən biridir” – deyərək bəyanatda  qeyd olunub.

RF Xarici işlər nazirliyi onu da vurğulayıb ki, Moskva ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya, ABŞ, Fransa) ilə bağlı fəal fəaliyyətini davam etdirmək əzmindədir.

“Əminik ki, bu hamı tərəfindən qəbul edilmiş formatın potensialı tükənməkdən uzaqdır. Həmsədrlərin planlarısa regiona səfər etmək, “3+2”  formatla əlaqələri davam etdirməkdir”.

RF Xarici işlər nazirliyi xatırladır ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun səkkiz iclası nəticəsində Ermənistan-Azərbaycanın qonşu dövlətlərlə əlaqəsini bərpa etmək üçün konkret dəmir yolu-avtomobil marşrutlarını əks etdirən hesabat təqdim edilib.

Orada,  dəmir yolu və konkret avtomobil nəqliyyatlarının bərpası, Ermənistan və Azərbaycan arasında  əlaqələrlə qonşu ölkələrə transit əlaqələri təsvir olunub.

 Bütün bunlar da regionun tranzit cəlbediciliyi  və əlavə investisiyalar cəlb edəcək. Bununla əlaqədar, Rusiya və Ermənistan üçün “Şimal-Cənub” beynəlxalq nəbzinin reallaşması üçün əlavə perspektivlər yaranır.

“Zəngəzur dəhlizi” ətrafında yaranmış vəziyyətlə əlaqədar qeyd olunur ki, üçtərəfli işçi qrupunun bütün iştirakçıları blokdan çıxarılan, yeni yaradılan bütün nəqliyyat marşrutlarının keçdikləri dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında fəaliyyət göstərməsi hansıların ərazisindən ki, keçirlər o barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button