İdman

Zaxarova: ”3 + 3” başlatma planlarını həyata keçirməyin vaxtı çatıb”

Rusiya “3+3” regional məsləhətverici  mexanizminin yaradılmasını dəstəkləyib və hesab edir ki, onun icra planlarını həyata keçirməyin vaxtı çatıb.

Bu  haqda RF  Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Biz güman edirik ki, “3+3” formatı regiondakı bütün ölkələrin maraqlarına uyğundur” – deyərək o, bildirib.

Gürcüstanın mövqeyini şərh edən Zaxarova qeyd edib ki, Tbilisidə bu platformada iştirak  etməklə  bağlı ziddiyyətli bəyanatlar verilir.

“Gürcüstan suveren dövlət kimi bu məsələdə öz mövqeyinə sadiq qalmaq hüququna malikdir”.

Türkiyə və Azərbaycanın təşəbbüsü ilə yaradılan “3+3” formatı Cənubi Qafqaz ölkələri və onların qonşuları – Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutur.

Daha çox göstər
Back to top button