İdman

Baş nazir: “Biz öz suverenliyimizi, ərazi bütövlüyümüzü və müstəqilliyimizi bütün mümkün vasitələrlə müdafiə edəcəyik”

Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.Orada TŞ üzvülərindən başqa  parlament sədri Alen Simonyan, Baş nazirin administrasiya  rəhbəri Arayik Harutunyan və  parlamentin  “Kağakatsiyakan paymanagir”(KP) fraksiyasının rəhbəri  Hayk Koncoryan iştirak edib.

İclasın əvvəlində Baş nazir xüsusilə qeyd etdiyi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunub.Orada qismən deyilir:

“Hörmətli parlament sədri,

Hörmətli Təhlükəsizlik Şurasının üzvləri,

Hörmətli həmkarlar,

Sevimli həmvətənlər,

Bu gün saat 13:00 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri Ermənistanın Şərq sərhəddinə hücuma keçib. Ermənistan Silahlı qüvvələri düşmənə qarşı tədbirlərə başlayıb. Düşmənin canlı qüvvəsinə xeyli ziyan dəymiş, azı 6 zirehli texnikası sıradan çıxarılmışdır. Bizim tərəfimizdə itkilər var ki, o haqda  dəqiqləşdirildikdən sonra məlumatlandırılacaq.

Hazırkı anda xahiş edirəm ki, Vətən uğrunda canlarından keçmiş oğularımızın xatirəsini bir dəqiqəlik sükutla yad etm edək.

Təşəkkür edirəm.

Hörmətli həmkarlar,

Sevimli həmvətənlər,

Baş verənlərə yalnız bir qiymət vermək olar. Bu, Ermənistan Respublikasının suveren ərazisinə birbaşa təcavüzdür.

Cari il mayın 12-də başlayan təcavüzkar hərəkətlər nəticəsində Azərbaycan Ermənistanın 41 kvadrat kilometrə yaxın suveren ərazisini işğal edib.

Beynəlxalq aləmdəki tərəfdaşlarımızın susqunluğu  şəraitlərində Azərbaycan təcavüzkar hərəkətlərini davam etdirir. Mənim qiymətləndirməm birmənalıdır. Azərbaycan, onu həvəsləndirən qüvvələr bizim suverenliyimizi, dövlətçiliyimizi, müstəqilliyimizi hədəfə alırlar.

Bəli, bu gün ağır günlər keçirdik, ağır günlər yaşayırıq, amma bu gün göstərdik ki, biz buradayıq, varıq, dövlətik, dövlət millətiyik, məcburiyyət dili bizim üçün qəbuledilməzdir. Biz danışıqlar apara bilərik, qarşılıqlı məqbul həll yolları axtara bilərik, özümüzü beynəlxalq birliyin məsuliyyətli üzvü kimi aparırıq, lakin bizimlə diktəedici dillə danışmağa imkan verməyəcəyik.

Mən beynəlxalq ictimaiyyəti Azərbaycanın təcavüzünü pisləyən bəyanatlar – məqsədyönlü bəyanatlar qəbul etməyə çağırıram. Sərhəd mübahisələri ilə bağlı şayiələr absurd və mənasızdır. Sərhəd mübahisəsi yoxdur, Ermənistanın suveren ərazisinə təcavüz var.

Ermənistanla Azərbaycan arasındakı sərhədlər hələ də Sovet İttifaqı dövründə qəbul edilmiş hüquqi qüvvəyə malik müqavilələrlə aydındır. Əgər problem sərhəd mübahisəsi idisə, Azərbaycan Sovet Ermənistanının öz qoşunlarını Azərbaycanla sərhədə çıxarmaq, sərhəd boyu beynəlxalq müşahidəçilər yerləşdirmək, sərhədin demarkasiyası və delimitasiyasına başlamaq təklifini çoxdan qəbul etməli idi.

 Bu təklifi qəbul etməyən Azərbaycan işğalçı dövlətdir; birmənalı olaraq öz qoşunlarını Ermənistan Respublikasının suveren ərazisindən çıxarmalıdır. Ermənistana öz iradəsini yükləmək  diktə etmək ümidləri puçdur.

Ermənistan Respublikası hökuməti xalq qərarlıdır, biz suverenliyimizi, ərazi bütövlüyümüzü, dövlətçiliyimizi, müstəqilliyimizi bütün mümkün vasitələrlə müdafiə edəcəyik.

Eyni zamanda, biz vəziyyətin sülh yolu ilə həllinin zəruriliyini vurğulamaqda davam edirik: bütün əvvəlki təkliflərimiz qüvvədədir. Biz  noyabrın 9-da və  və yanvarın 11-də olan  üçtərəfli bəyanatların müddəalarına sadiqik.

Sərhəd vəziyyətinə qayıdaraq qeyd etməliyəm ki, hazırda sərhəd nisbətən sakitdir, lakin ümumi vəziyyət son dərəcə gərgin olaraq qalmaqda davam edir. Biz davamlı olaraq Ermənistan Respublikasının vətəndaşlarına yenilənmiş məlumat təqdim edəcəyik.

Daha çox göstər
Back to top button