
RF Xarici işlər nazirinin müavini Andrey Rudenko Cənubi Qafqaz üzrə AB-nin xüsusi nümayəndəsi Toivo Klaar bu gün telefonla Ermənistan-Azərbaycan sərhədində hökm sürən vəziyyəti müzakirə edib.
“Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyətin gərginləşməsi müzakirə edilib. Həmsöhbətlər silahlı toqquşmalardan narahat olduqlarını bildiriblər.
Yerevan və Bakının təmkin nümayiş etdirmək və bütün məsələləri müstəsna olaraq siyasi-diplomatik üsullarla həll etmək imperativi vurğulanıb”- deyə bu haqda RF Xİ nazirliyi məlumatlandırıb.







