
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Stokholmda ATƏT Nazirlər Şurası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.Bu haqda Mirzoyan öz Twitter səhifəsində yazıb.
“Dövlət katibi Blikkenlə səmərəli görüş keçirilib.Görüş zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin tam bərpasının mümkünlüyü vurğulanıb” – deyərək məlumatda bildirilib.







