BaşlıcaSiyasət

Tbilisidən baxış: Gürcüstanın “3+3”də iştirakdan imtinasının səbəbləri ilə bağlı sualın cavabı üzə çıxır

Gürcüstanın niyə “3+3” formatında iştirak etməyəcəyi sualının cavabı ümumiyyətlə, zahirdədir. Birincisi, Gürcüstanın iki bölgələrinin Rusiya Federasiyasının işğalı altında olması onun üstün gəlinməz gücünün əsas səbəbidir.

Oxşar fikri GSAC-ın srateji təhlil mərkəzinin regional proqramlar üzrə direktoru Gela Vasadze deyib.

“Bu baxımdan, heç də indiki Gürcüstan hakimiyyətinin  tərəfində olmamaqla, mən yalnız Gürcüstan Baş nazirinin müavini və Xarici işlər naziri David Zalkalianinin Gürcüstanın “3+3” regional əməkdaşlıq formatında iştirakdan imtina etməsi ilə bağlı bəyanatını alqışlaya bilərəm.

Gürcüstanın  Rusiya ilə eyni formatda iştirakı sadəcə olaraq mümkün deyil” –  deyərək o, vurğulayıb.

Eyni zamanda, Vasadzenin fikrincə, Gürcüstanın Rusiya ilə danışıqların bütün formatlarını rədd etdiyini düşünmək düzgün olmazdı. Bu baxımdan o, Rusiya və Gürcüstanla yanaşı, ABŞ və AB-nin də iştirak etdiyi Cenevrədəki danışıqların əhatə dairəsini qeyd edib.

 İqtisadi münasibətlərin cari məsələlərinin həll olunduğu Karasin-Abaşidze formatında danışıqlarla yanaşı, işğal xəttindəki problemli məsələlərin həll olunduğu yerli formatlar da var.

Bunun fonunda Gürcüstanın Moskvanın öz proqnozlarına görə mütləq Abxaziya və qondarma Cənubi Osetiyanı da cəlb etməyə çalışacağı başqa formatda iştirakı Gürcüstan üçün mənasız olmaqla yanaşı, həm də müəyyən risklər daşıyır.

İqtisadi əməkdaşlıq baxımından Gürcüstandan və Gürcüstan ilə  logistika və enerji resurslarının daşınması ilə bağlı bütün regional əməkdaşlıq məsələləri, politoloqun fikrincə, Gürcüstan-Türkiyə-Azərbaycan regional layihələrinin formatlarıyla  və Ermənistan və İran ilə Gürcüstanın münasibətləri formatıarıyla   asanlıqla  həll olunur.Bu fonda  o, “3+3” formatında həll oluna biləcək problemləri  həmçinin görmür.

“Və sonuncusu, mənim böyük dostum və həmkarım Valeri Çeçelaşvilinin haqlı olaraq bu barədə danışdığı kimi, “3+3” formatı müsbət  yox , mənfidir.

ABŞ və AB-ni çıxmaq, yəni Gürcüstanın iki  mühüm tərəfdaşlarını çıxmaqdır.

Ən mühüm tərəfdaşlardan biri ABŞ-dır, strateji tərəfdaşlıq xartiyasına görə Gürcüstanın təhlükəsizliyinə zəmanət verir, digəri isə Gürcüstanla assosiasiya sazişi bağlayır ki, bu da təbii ki, olduqca vacibdir.Bunun üçün də  cavab olaraq “3+3”-də iştirak etmək dəvətinə biz deyirik təşəkkürlər, amma  yox”- deyərək Vasadze yekunlaşdırıb.

Daha çox göstər
Back to top button