
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında Ermənistanla Azərbaycan arasında delimitasiya məsələsi ilə bağlı Azərbaycan mövqeyini təqdim edib.
“Bakı və Yerevan heç bir şert olmadan sərhədlərin delimitasiyası prosesinə başlamalıdır. Sərhədlərin müəyyən edilməsi gündəmdəki vacib məsələlərdəndir. Ermənistan və Azərbaycan müstəqillik əldə etdikdən sonra 30 il delimitasiyaya başlamadılar. Bu normal deyil”,- nazir qeyd etdi.
“26 noyabrda Soçi görüşündə üçtərəfli format çərçivəsində bu prosesin başlanılması əksini tapıb. Hələ bu ilin may ayında Azərbaycan delimitasiya prosesinə başlanılması üçün İşçi qrupunun yaradılmasına razılıq vermişdi. Ancaq Ermənistan müəyyən şərtlər irəli sürmüş, ona görə bu proses həmin vaxt başlamadı”, – C. Bayramov qeyd edib.
Bayramovun sözlərinə görə, Ermənistan-Azərbaycan İşçi qrupunun yaradılması vacibdir və Azərbaycan buna hazır olduğunu bildirib.







