Başlıcaİctimaiyyət

Azərbaycanda son zamanlar yoluxanların 90 faizində “Omikron” aşkarlanıb

“Bir neçə həftə ərzində “Omikron” ştamı digər növləri sıxışdırıb. Bu gün bu ştam daha çox yayılıb”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, artıq koronavirusa yoluxanların hansı ştamla xəstələnməsi əhəmiyyətli məsələ deyil: “Çünki yoluxanların 90 %-in üzərində “Omikron”la əlaqəli olduğundan virusun hansı növ olmasının elə də önəmi yoxdur. Aktiv xəstələrin əksəriyyəti ambulator həlqədə olan şəxslərin sayına görədir. Xəstəxana yatışında isə vəziyyət stabildir”.

Daha çox göstər
Back to top button