
Fevralın 4-də keçirilmiş onlayn görüşdən sonra Fransa prezidenti Emanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 8 erməni hərbi əsir vətənə qaytarılıb.
“Onların adları – Sargis Tarzyan, Vardges Balayan, Armen Petrosyan, Artur Babayan, Hmayak Sargsyan, Qurgen Qaloyan, Qrigor Kyureğyan, Vağarşak Maloyan”. Bu barədə ER XİN mətbuat katibi Vahan Hunanyan məlumat yayıb.







