
Azərbaycan dövlətinin yaranmasında bir çox şəxsiyyətlərin adı bir-birinə qarışıb. Dağlıq Qarabağın Xarici işlər naziri Davit Babayan Ermənistan jurnalistinin verdiyi suala cavab olaraq “Ukrayna Vladimir İliç Leninin adınadırsa, onda Azərbaycanın İosif Stalinin adınımı daşımalıdır?”
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin DXR və LXR-nı tanımaqla bağlı Rusiya vətəndaşlarına ünvanladığı müraciətdə Ukrayna dövlətinin yaranması üçün ilkin şərtlərin yaradılmasının tarixi məqamını təsvir edib.
“Burada bir neçə fiqurun adı bir-birinə qarışıb. Ukrayna ilə paralellər həddən artıq çoxdur. Fərq ondadır ki, buna baxmayaraq, ukraynalılar və ruslar eyni xalqın bir hissəsidir.
Milli geosiyasətdəki səhvlər ona gətirib çıxarıb ki, Ukraynanın bəzi hissələri, bir vaxtlar birləşmiş etno-siyasi məkan düşmənə çevrildi, bu dəhşətlidir,bu faciədir.
Artsaxda problem daha mürəkkəbdir. Artsax erməniləri özlərini xarici siyasi strukturda tapdılar. Azərbaycan dövləti də süni şəkildə yaradılıb.
Burada müəlliflər daha çoxdur. Birincisi, o osmanlı İmperiyası, Türkiyə tərəfindən yaradıb, müəllifləri də ermənilərin, assurların, yunanların, yezidilərin, kürdlərin soyqırımını təşkil edən bədnam “Gənc türklər” olub.
Onlar müxtəlif siyasi məqsədlər üçün Azərbaycanı süni şəkildə yaradıblar. Sonra Azərbaycanın sovetləşməsi baş verdi, lakin məlum oldu ki, Azərbaycan sovetləşmənin başlanğıcında yox ola bilər, çünki yerli əhali və bolşeviklər ayrıca respublika deyil, Rusiya dövlətinin tərkibində olmaq istəyirdilər.
Burada faktiki geosiyasi nöqteyi-nəzərdən Azərbaycan SSR-nin yaradılmasının zəruriliyini, onun Şərqdə inqilabın əsas forpostu kimi mövcudluğunu əsaslandıran Mikoyan mühüm rol oynadı.
Son qərarısa Stalin, Lenin və Orconikidze verdi.
Burada Azərbaycan ərazi dövlətinin yaradılması və saxlanmasından bəhs edilirdi. Azərbaycan xalqının atası, valideyni isə İosif Stalin heab etmək olar.
Məhz onun “könüllü qərarı” ilə Azərbaycan xalqı 1936-cı ildə yaradılmışdır.
Bundan əvvəl Azərbaycan SSRİ-də adı xalqdan alınmayan yeganə respublika idi, çünki azərbaycanlılar sadəcə olaraq olmayıb.
O xalqın yaradılması isə İkinci Dünya Müharibəsinin qaçılmazlığını, Türkiyə ilə Almaniyanın sıx əlaqələrini, onların Qafqazdakı ambisiyalarını, Bakı neftini əldə etmək istəklərini nəzərə alaraq geosiyasi imperativ idi.
Bütün siyahıyaalmalarda belə adlandırıldığı kimi, o dövrdə Azərbaycanda əhalinin əksəriyyəti, təxminən 50%-i türklər idi. Azərbaycan xalqı bax belə yaradılmışdır.
Bu proses hələ bu günəcən başa çatmayıb ki, bu da Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının və Azərbaycanda şovinist, nasist ideologiyasının əsas səbəblərindən biridir” – deyərək XİN rəhbəri yekunlaşdırıb.







