BaşlıcaTəhlil

Cənubi Qafqazda mümkün təhlükəsizlik boşluğunu Türkiyə deyil, Qərb doldurmalıdır: Ekspert

Ukraynada və Ukrayna ətrafında baş verən hadisələr ən gözlənilməz geosiyasi ssenarilərin belə həyata keçirilməsi imkanlarını istisna etmir. Nəticədə Rusiya Cənubi Qafqazı təkbaşına tərk edə bilər. Belə bir fikri “Armİnfo”ya analitik Hovsep Xurşudyan deyib.

“Belə perspektivin mövcudluğu Ermənistana öz təhlükəsizliyini təmin etmək məsələsində dərhal Qərblə danışıqlara başlamaqdan başqa alternativ qoymur. Xüsusilə, əvvəlcə Fransa, sonra isə ABŞ və ya Böyük Britaniya ilə danışıqlar aparılmalıdır. Cənubi Qafqazda mümkün təhlükəsizlik boşluğunu Türkiyə deyil, Qərb doldurmalıdır”,- deyə Analitik qeyd etdi.

Ukraynadakı hərbi əməliyyatların Rusiya üçün uğurlu nəticələnməsi halda Ermənistan üçün mümkün nəticələrini şərh edən analitik qeyd edib ki, belə olan halda Moskva Rusiya-Belarus birgə dövlətinin Ermənistan, Gürcüstan və Moldova hesabına zamanla genişlənməsinə start verəcək.

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların mənfi təsirinə toxunan ekspert qeyd etdi ki, Ermənistan belə perspektivdən qaça bilməyəcək. Bu kontekstdə, Xurşudyan qeyd etdi ki, Rusiya rublunun kəskin devalvasiyası ilə əlaqədar Rusiyadan Ermənistana pul köçürmələri azalacaq.

“Gördüyümüz kimi, müsbət tendensiyalar və imkanlar var. Və hətta ümid edirəm ki, son günlər ölkəmizə nəzərəçarpacaq dərəcədə rusların axını Rusiyaya qarşı sanksiyalarının Ermənistana mənfi təsirini müəyyən dərəcədə yumşaldacaq”,- deyə ekspert vurğuladı.

Daha çox göstər
Back to top button