ArtsaxBaşlıcaSiyasət

Danışıqlarda cavabımız belə olacaq: Artsax məsələsi ATƏT-in Minsk qrupunun çərçivəsində həll olunmalıdır

Ermənistanın danışıqlara təklifsiz getməsi və onların təkliflərini müzakirəetməsi təbii ki, çox qəribə olar. Bunu Ermənistan Parlamentinin deputatı Arman Yeğoyan bildirdi.

Aram Yeğoyan qeyd etdi ki, her şeyi bilmək lazım deyil.

“Diplomatiyada hər kəs hər şeyi biləndə, bu artıq diplomatiya deyil. Bu, nöqte deyil, sadə məntiqdir. Münaqişə bitməyib, Artsaxın statusu hələ qərarlaşdırılmayıb. Minsk Qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasında duran üç prinsipdən biri – gücdən istifadə etməmək prinsipi artıq pozulub, xalqların öz müqəddəratını təyinetmə prinsipinin pozulmamasına icazə verməməliyik. Mən əminəm ki, ATƏT-in Minsk Qrupu həmsədrləri qlobal strateji balanskontekstində Artsaxla bağlı ayrıca söhbət aparırlar”,- deyə deputat vurğuladı.

Yeğoyanq eyd etdi ki, danışıqlarda erməni tərəfinin cavabı belə olacaq ki, Artsax məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi üç əsas prinsip çərçivəsində həll edilməlidir.

Deputatın sözlərinə görə, Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq vaxtda bəyanat verəcək.

Daha çox göstər
Back to top button