Başlıcaİctimaiyyət
Gyumri və Fransanın Mont de Marsan şəhəri qardaşlaşmış şəhərlər elan olunacaq

Martın 21-də Ermənistan Respublikasının Fransadakı səfiri Hasmik Tolmacyan Mont-de-Marsel şəhərinin meri Şarl Dayonun dəvəti ilə Ermənistana həsr olunmuş “Yeraz” (Yuxu) adlı iki həftəlik festivalın rəsmi açılışında iştirak etmişdir. Bu barədə Ermənistanın Fransadakı səfirliyi bildirdi.
Rəsmi mərasimdə Mont de Marsan şəhərinin meri Şarl Dayon, Le Land departamentinin idarə heyətinin üzvləri, Montde Marsanın Qaskon teatrının direktoru, festivalın prezidenti Antuan Qariel, fransalı erməni dramaturqu Simon Abgaryan iştirak etdi.
Aprelin 2-də Mont de Marsanda Gyumri şəhəri tərəfindən bağışlanmış erməni xaçkarın rəsmi açılışı olacaq və bu mərasimdə Gyumri və Mont de Marsan şəhərləri qardaş şəhərlər elan olunacaq.







