
Martın 23-də ER Müdafiə naziri Suren Papikyan ABŞ-ın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Lin Treysini qəbul edib.
ER Müdafiə nazirliyinin məlumatına görə, görüşdə ABŞ-ın Ermənistandakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi polkovnik Qreqori Pips də iştirak edib.
Görüşdə Müdafiə naziri ABŞ səfirini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Dağlıq Qarabağdakı vəziyyət, eləcə də humanitar məsələlər barədə məlumatlandıraraq, onların təcili həllinin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin müdafiə sahəsində Ermənistan-Amerika əməkdaşlığının cari məsələlərini və perspektivlərini müzakirə ediblər.
Görüşün sonunda beynəlxalq təhlükəsizlik vəziyyəti və hərbi-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.







