BaşlıcaSiyasət

SOCAR Rusyadan idxal etdiyi qazın dəyərini rublla ödənilməsi ilə bağlı bəyanat yaydı

Azərbaycanın dövlət neft şirkəti SOCAR Azərbaycan Respublikasının Rusiya Federasiyasından idxal etdiyi qazın dəyərini rublla ödənilməsinə dair yayılan məlumata münasibət bildirim. Qeyd olunub ki, yayılan bu məlumatlar həqiqəti əks etdirmir. 

Rusiya qazının Azərbaycana tədarükü hazırda mövsümi təbii qaz mübadiləsi sazişi çərçivəsində həyata keçirilir. Müqavilə 2023-cü ilə qədər qüvvədədir.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib ki, Moskva Qərbin hərəkətlərinin risklərini azaltmaq üçün vaxtında tədbirlər görüb və milli valyutalarla, o cümlədən Azərbaycan və Ermənistanla hesablaşmalarda daha aktivdir. O qeyd etdi ki, ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla həyata keçirilir və bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır. 

Daha çox göstər
Back to top button