BaşlıcaSiyasət

Azərbaycanın Xİ naziri erməni həmkarı ilə danışıqların “nəticələri”ni açıqlayıb

Azərbaycan xarici işlər naziri Cəyhun Bayramov Gürcüstan xarici işlər naziri İlya Darçıaşvili ilə birgə mətbuat konfransı zamanı erməni həmkarı ilə danışıqların “nəticələri barədə” bildirib.

Azərbaycan KİV-in yaydığı məlumata görə, Bayramov qeyd edib: “Münaqişəyə son qoyulandan sonra bizim üçün prioritet məsələlərdən biri bölgədə davamlı sülhün təmin edilməsidir. Bununla bağlı da həmkarımla danışıqlar aparmaq imkanım oldu. Artıq Ermənistan XİN-lə təmaslarımız nəticəsində bəzi nəticələrimiz var. Mənim artıq Ermənistanın xarici işlər naziri ilə 2 telefon danışığım olub. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Komissiyanın fəaliyyətə başlaması üçün artıq şərait mövcuddur”.

Daha çox göstər
Back to top button