Başlıcaİctimaiyyət
Rövşən Əsgərov axtarışa verilib

Rusiyanın Daxili İşlər nazirliyi “Nə, nə vaxt, harda” teleşousunun iştirakçısı Rövşən Əsgərov barəsində axtarış elan edib.
Daha öncə Rusiyanın İstintaq Komitəsi “Nə, nə vaxt, harda” teleşousunun keçmiş iştirakçısı və “Bilicilər klubu”nun üzvü, azərbaycanlı jurnalist Rövşən Əsgərova qarşı nasizmə haqq qazandırılması ittihamı üzrə cinayət işi açıb.
İstintaqın versiyasına görə Əsgərov bu il aprelin 6-dan gec olmayaraq özünün Facebook səhifəsində Sovet İttifaqının marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən və ləkələyən yalan məlumatlar yayıb.







