
Bu il aprelin 23-də Azərbaycan tərəfinə keçən Eduard Martirosov ailəsi ilə Qırmızı Xaç vasitəsi ilə əlaqə saxlayıb.
Bunu Qırmızı Xaç Komitəsinin ER-dakı Ofisinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib və qeyd edib ki, BQXK nümayəndələri aprelin 30-da Bakıda saxlanılan Eduard Martirosova baş çəkiblər.
“Təsdiq edə bilərəm ki, aprelin 30-da bizim təşkilatın nümayəndələri Azərbaycanda Eduard Martirosovla görüşüblər. Martirosova Qırmızı Xaçın məktubu vasitəsilə ailə ilə əlaqə saxlamaq imkanı verildi. Düşünürəm ki, biz hələ də onunla görüşə biləcəyik”,-Amatuni vurğuladı.
Xatırladaq ki, Müdafiə Nazirliyi aprelin 23-də hərbi hissədən döyüş məntəqəsinə gedərkən N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, sıravi Eduard Martirosovla əlaqənin kəsildiyini bildirmişdi. Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan silahlı qüvvələrinin nümayəndələri ilə aparılan iş nəticəsində məlum olub ki, həmin gün Martirosov naməlum şəraitdə Ermənistan-Azərbaycan sərhədini keçib və Azərbaycan tərəfindədir.







