Hollandiyada ER-nın baş nazirinin iştirakı ilə Qədim Ermənistanın xəzinələrini əks etdirən sərgi açılıb

ER Baş naziri Nikol Paşinyan Niderland Krallığının Assen şəhərindəki Drents Muzeyində “Araratın kölgəsində: Qədim Ermənistanın xəzinələri” sərgisinin rəsmi açılış mərasimində iştirak edib. “Armenpress”in müxbirinin verdiyi məlumata görə, sərginin rəsmi açılış mərasimi Jozef kilsəsində başlayıb Niderlandın “Abovyan” mədəni birliyinin təqdimatı ilə başlayıb.
Drents Muzeyinin direktoru Harri Tyupan çıxış edib. Onun sözlərinə görə, sərgi 2020-ci ilə planlaşdırılsa da, koronavirusa görə təxirə salınıb.
Baş nazir Paşinyan öz növbəsində əmin olduğunu bildirib ki, bu unikal sərgi Ermənistanın mədəniyyət və incəsənətinin dost Niderland xalqı üçün daha cəlbedici olmasına töhfə verəcək. “Sərgi bir daha Ermənistan və Hollandiya xalqları arasında mövcud olan isti, tarixi dostluq münasibətlərini nümayiş etdirir”, – Paşinyan bildirib.

Sərgi oktyabrın 30-dək açıq olacaq. Ermənistan Tarix Muzeyindən, Müqəddəs Eçmiədzin Ana taxt-tacının Xəzinəsindən 160 qiymətli eksponat təqdim olunur. Nuhun gəmisinin nadir qalıqları da nümayiş etdirilir.
Qızıl və gümüş zinət əşyaları və fincanlar, silahlar, heyvanların və döyüşçülərin bürünc heykəlləri təqdim olunur.










