
Artsax Ombudsmanı Qeğam Stepanyan Stepanakertdə keçirilən “Erməni Gələcəyi” forumu çərçivəsində jurnalistlərə bildirib ki, Artsax xalqı üçün heç bir muxtariyyət məqbul deyil.
“Artsax xalqı artıq Azərbaycanın tərkibində muxtariyyətin nə demək olduğunu çox gözəl bilir, Azərbaycan rəhbərliyinin sovet illərində apardığı ayrı-seçkilik siyasətini bilir. Nəticədə Stepanakert və DQMV ərazisində azərbaycanlıların sayı artdı, ermənilərin sayı azaldı. Biz dəfələrlə demişik ki, bizim hər hansı bir şəkildə Azərbaycan tərkibində olmamız qəbuledilməzdir”,-deyə o əlavə etdi ki, Artsax parlamenti, Xarici İşlər Nazirliyi və şəxsən o, aydın mövqe bildiriblər.
“Həm Artsax xalqı, həm də hakimiyyət eyni şeyi deyir: qırmızı xətt var, Artsax Azərbaycanın tərkibində olmayacaq. Bizim iradəmiz olmadan taleyimiz həll oluna bilməz. Brüsseldə və ya Vaşinqtonda oturan adam qərar verə bilməz ki, Stepanakertdə, Martunidə yaşayan adam necə yaşamalıdır. Bu absurddur”.
Stepanyan qeyd edib ki, “heç bir rasional insan düşünə bilməz ki, Artsax Azərbaycanın bir hissəsi ola bilər və ya Artsax xalqı orada qorunan hüquqlara malik ola bilər”.
“80 dinc sakin Azərbaycan tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bakı sistemli şəkildə erməni mədəniyyətini məhv edir və vandalizmə məruz qoyur. Bundan sonra söz hansı muxtariyyətdən gedə bilər?”
Qeğam Stepanyan əlavə etdi: “Əgər, məsələn, Rusiya sülhməramlıları Artsaxa gəlməmişdən əvvəl fərqli fikirdə idilərsə, o zaman Artsaxda olarkən onlar bu 1,5 il ərzində bir çox hallarla tanış olublar, onların bu məsələlərə münasibəti görünür. Buna görə də biz tez-tez müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinə deyirik ki, əgər bizə inanmasalar, gəlib reallığı öz gözləri ilə görə bilərlər”.







