Başlıcaİctimaiyyət

Ermənistanın təhsil müəssisələrində 3 760 əcnəbi təhsil alır

Ermənistan Respublikasının təhsil müəssisələrindən alınan məlumatlara əsasən, ER Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin müvafiq bölməsi Ermənistanın təhsil müəssisələrində təhsil alan əcnəbi və diaspora erməni tələbələri haqqında məlumatları ümumiləşdirib.

Məlumata görə, 2021-2022-ci illərdə Ermənistanda fəaliyyət göstərən beynəlxalq universitetlərdə təhsil alan əcnəbi tələbələrin sayı 354, orta ixtisas təhsili müəssisələrində təhsil alan diaspor ermənilərinin sayı isə 471 nəfərdir.

Cari tədris ilində Ermənistanın təhsil müəssisələrində 3 760 əcnəbi tələbə və 4 248 diaspora erməni tələbəsi təhsil alır.

Daha çox göstər
Back to top button