
Ukraynada Ermənistan Respublikasının səfiri Vladimir Karapetyan Ukrayna daxili işlər nazirinin müavini Meri Hakopyan ilə görüşüb. Bu haqda Ermənistanın Ukraynadakı səfirliyindən məlumatlandırılıb.
Qeyd olunur ki, həmsöhbətlər Ermənistan və Ukraynada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Meri Hakopyan Ukraynada davam edən hərbi əməliyyatların yaratdığı çətinlikləri təqdim edib. Bildirilib ki, minaların təmizlənməsi aktual məsələlərdən biridir.
Nazir müavini Ukrayna Daxili işlər nazirliyinin erməni həmkarları ilə artıq qurulmuş yaxşı münasibətləri dərinləşdirməyə, xüsusən də Ukraynada polis islahatları sahəsində əldə edilmiş böyük təcrübəni bölüşməyə hazır olduğunu vurğulayıb.







