
İranın dini lideri Tvitter-də Ermənistan-İran sərhədinin bağlanmasının mümkünsüzlüyü ilə bağlı bəyanatını təkrarlayıb.
İranın dini lideri Ayətullah Xamenei Tvitter-də Erdoğan və Putinlə görüşdə İranın ifadə etdiyi mövqeyi təkrarlayıb. “İslam Respublikası heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və proqramlara dözməyəcək” – deyərək Ayətullah Xamenei vurğulayıb.
Bundan əvvəl İranın dini lideri öz Tvitter səhifəsində Qarabağın Azərbaycana qaytarılmasından şad olduqlarını yazıb. Təbii ki, İran-Ermənistan sərhədinin bağlanması siyasəti olsa, İslam Respublikası buna qarşı olacaq, çünki bu sərhəd 1000 illik bir birləşdirici marşrutdur.







