ArtsaxBaşlıca

İlin sonuna kimi 100 köçkün düşmüş ailə Artsaxda mənzillə təmin olunacaq – VİDEO

2020-ci il müharibəsindən sonra Artsax əhalisi Artsaxın müstəqilliyinin elan edilməsi gününü vətəndə həyatı davam etdirmək və vətəni qurmaq istəyi ilə qeyd edir.

Artsax Yeparxiyasının rəhbəri Vrtanes yepiskop Abrahamyan vurğulayır ki, Artsax xalqının gələcəyi vətənin möhkəmləndirilməsindən asılıdır․

Onun sözlərincə, yalnız güclü Artsax düşmənə müqavimət göstərə bilər.

Astğaşenin yaxınlığında 130-a yaxın fərdi yaşayış evi müharibə nəticəsində köçkün düşmüş Crağatsner, Moşxmhat, Madataşen və Sğnax sakinləri üçün nəzərdə tutulub.

95 ailə yeni salınan qəsəbəyə gəlib. Kimin hansı evin sahibi olacağı püşkatma yolu ilə müəyyən edilməlidir.

Müharibədən sonra Artsax yeni çağırışlarla üzləşdi. Zərərçəkmiş insanların mənzillə təmin olunması problemi birinci yerdədir.

Mənzil məsələləri üzrə komitə yaradıldı. Komitə bir illik fəaliyyəti dövründə 1000-ə yaxın ailəni mənzillə təmin edib. Bu istiqamətdə işlər davam etdirilir.

Mənzil məsələləri üzrə komitənin təşəbbüsü ilə püşkatma keçirilib. Sğnaxdan 46 ailə, Crağatslardan 23, Madataşendən 15 və Moşxmhatdan 11 ailə öz fərdi evlərini seçdi. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır.

Mənzilə girişin təntənəli mərasimi ilin sonuna kimi keçiriləcək.

Daha çox göstər
Back to top button