BaşlıcaSiyasət

Putin  rusiyalı miqrantların Ermənistana köçməsi haqqında  “Allah xatirinə qoy işləsinlər”  

Rusiya istənilən addımı, Rusiya biznesinə xeyir verən hər şeyi alqışlayır.

Bu haqda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 7-ci Şərq İqtisadi Forumunun sessiyasında Rusiyanın Ermənistana köçən rusiyalı miqrantlara münasibəti ilə bağlı sualı cavablandırarkən deyib.

“Rusiya biznesinə xeyir verən hər şeyi alqışlayırıq. Əgər şərait elədirsə ki, insanların Ermənistanda işləməsi daha faydalı və dinc olursa, Allah xatirinə işləsinlər, onlara heç nə mane olmur”- deyən Putin insanların Ermənistana köşən şəxslər  əsasən İT sektorunu təmsil edir.

Onun sözlərinə görə, Ermənistan Rusiya üçün yad ölkə deyil, Yerevanda işləyə və Moskvada yaşaya bilərsən.

Daha çox göstər
Back to top button