BaşlıcaBeynəlxalq

Ermənistan Azərbaycana qarşı lazımi tədbirlərin görülməsini tələb edərək Avropa Məhkəməsinə müraciət edib

Sentyabrın 13-də Ermənistan Azərbaycana qarşı  tədbirlərin tətbiq edilməsini tələb edərək Avropa Məhkəməsinə müraciət edib.

Bu haqda ER beynəlxalq hüquq üzrə nümayəndəsi Yeqişe Kirakosyan məlumat verib. Təqdim olunan ərizələr Ermənistanda mülki yaşayış məntəqələrinin hədəfə alınması, mülki əhalinin və hərbi əsirlərin fundamental hüquqlarının qorunmasından bəhs edir.

Əlavə məlumatın sonra veriləcəyi bildirilir.

Sentyabrın 13-də saat 00:05-də Azərbaycan Silahlı qüvvələrinin bölmələri Qoris, Sotk və Cermuk istiqamətində artilleriya və iriçaplı  atıcı silahladan erməni mövqelərini intensiv atəşə tutmağa başlayıb.

 Düşmən PUA-dan  də istifadə edib. Ermənistan tərəfinin itkiləri ilə bağlı məlumatlar dəqiqləşdirilir. Hazırda Ermənistan tərəfinin Müdafiə nazirliyi tərəfindən təsdiqlənmiş 49 itki var.

Saat 21:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalmaqdadır.

Daha çox göstər
Back to top button