ArtsaxBaşlıcaİctimaiyyət

2025-ci ilə qədər Artsaxda bütün ehtiyacı olan ailələrin mənzillə təmin edilməsi planlaşdırılır

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan, Artsaxda mənzil, infrastruktur və digər bu kimi sosial-iqtisadi layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, 44 günlük Artsax müharibəsindən sonra yüzlərlə insanın mənzilə ehtiyacı olduğunu bildirdi.

O qeyd etdi ki, mənzil tikintisi davam etdirilir.

“Biz 2025-ci ilə qədər bütün ehtiyacı olan ailələri mənzillərlə təmin etməyi planlaşdırırıq. Biz mənzil layihələri ilə yanaşı, misli görünməmiş həcmdə yol tikintisi və digər infrastruktur layihələrini həyata keçirmişik. 2025-ci ilə qədər biz bütün yaşayış məntəqələrində gecə-gündüz su təchizatı və yolların asfaltlaşdırılmasını təmin edəcəyik”,-deyə o bildirdi.

Dövlət büdcəsinə toxunan prezident vurğulayıb ki, cari ilin büdcəsinin xərclər hissəsi təxminən 221 milyard dram təşkil edir.

Daha çox göstər
Back to top button