
Sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olan komissiyaların üzvləri Brüsseldə növbəti dəfə görüşüblər, bu dəfə Ermənistan Təhlükəsizlik Şurasının katibi Moskvaya gedib. O, MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin 10-cu görüşündə iştirak edir.
Bu gün daha bir yüksək səviyyəli üçtərəfli görüşün keçiriləcəyi məlum olub. Yaxın günlərdə ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri ilə görüşəcək.
Moskva və Brüsselin danışıqlar platformasına daha biri əlavə olunur. Vaşinqton çağırış və bəyanatlardan başqa əməli addımlar da atır. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə yüksək səviyyəli görüşün keçirilməsi faktını təsdiqləyib.
“Bir neçə gündən sonra Vaşinqtona gedəcəyəm, mənim, cənab Bayramov və cənab Blinkenlə görüşüm olacaq. Yəni bu, daimi, intensiv prosesdir”.
Ermənistanın Xarici işlər naziri Azərbaycanla ümumi danışıqlar prosesindən 2 dəqiqə vaxt ayırıb: biri pis, biri yaxşı.
“Pis odur ki, biz bütün istiqamətlərlə danışıqlar aparırıq, biz Azərbaycanın maksimalist mövqelərinərast gəlirik. Onun hərbi uğurları olduğunu nəzərə alaraq, Azərbaycan hesab edir ki, indi Ermənistana şərtlər diktə edə bilər.
Təbii ki, bu, doğru işləməz.Davamlı , hərtərəfli və sabit sülhə bu yolla nail olmaq mümkün deyil.Bəzi məsələlərdə onlar da anlamalıdır ki, birtərəfli sərfəli həll yolları ola bilməz.Bu da işləməyəcəkdir.
Yaxşı xəbər də odur ki, beynəlxalq ictimaiyyətin bütün danışıqlar paketinə dəqiqliklə diqqəti var. Bu diqqət xüsusən də Azərbaycanın 13-14 sentyabr təcavüzündən sonra getdikcə daha çox artır.
Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Azərbaycana çox aydın mesaj verib ki, gücdən istifadə və ya istifadə hədəsi. güc tətbiqi məsələlərin həlli yolu ola bilməz”.
Müsbət hadisələrdən biri də bağlanmayan yollarla, xüsusən də “Zəngəzur dəhlizi” ilə bağlı diplomatik diskursun dəyişməsidir.
“Yalnız qeyd edə bilərəm ki, bəli, bizim son görüşlərimiz, eləcə də Ermənistandan kənarda verilən bəyanatlar onu göstərir ki, blokdan çıxarılacaq və guya yeni tikiləcək yolların və ya nəqliyyat infrastrukturunun tamamilə o ölkələrin süverenliyində və ərazi bütövlüyü çərçivəsinə olacaq, hansının ərazisindən ki, keçəcəkdir.. Qalan detallar hələ də müzakirə olunur”.
Noyabrın 3-də müxtəlif platformalarda eyni vaxtda 2 müzakirə baş tutub: o da Brüsseldə və Moskvada.
Bu, Brüsseldə sərhədin demarkasiyası komissiyasının üçüncü iclasıdır. Mher Qriqoryan, Çarlz Mişel və Şahin Mustafayevin növbəti görüşünə ehtiyac Praqada keçirilən dördtərəfli görüşdən sonra yaranıb, o zaman ilk dəfə bəyanatda Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə və 1991-ci ildə Alma-Ata-da olan qətnaməyə sadiq olduqları təsdiq olunub”- Hər iki tərəfin ərazi bütövlüyü və suverenliyi qarşılıqlı şəkildə tanıdığı bəyənnaməyə sadiq olduqları bird aha təstiq edilib.
Bununla da demarkasiya məsələləri üzrə komissiyaların işinə əsas olacağı təsdiqlənib. Brüsseldən bir gün əvvəl Soçidə daha bir bəyanatla tərəflər MDB dövlətlərinin fundamental sənədlərinə yenidən istinad etdilər.
Beləliklə, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsinin hansı ilin xəritələri və necə aparılacağı ilə bağlı müzakirələrə son qoyulduğunu söyləmək olar.
Politoloq Robert Ğevondyan:
“Alma-Ata-nın həmin bəyannaməsi nəticəsində Sovet İttifaqında delimitasiya və demarkasiya aparılmış yeni müstəqil dövlətlər öz sərhədləri ilə tanındı və bu, 1929-cu ildə xəritələri mövcud olan Ermənistan və Azərbaycan arasında həyata keçirildi və Moskvada yerləşir və düzgün iş nəticəsində bu xəritələr ola bilər ki, onu sadəcə masaya qoyub həmin xəritələrlə delimitasiya aparılmasını tələb etsinlər.
Nə anklavlar var, nə də Bakının tələb etdiyi, məsələn, kəndlər. Tavuşun, yaxud Naxicevanın bir kəndinin adı var. Bu, erməni tərəfi üçün müəyyən qədər sərfəlidir”.
MDB ölkələrinin təhlükəsizlik şuralarının katibləri Moskva platformasında görüşüblər. Rəsmi məlumata görə, müzakirələrin əhatə dairəsi nüvə təhlükəsizliyinin təmin edilməsi və nüvə silahının yayılmaması məsələləridir.
Amma Ermənistan-Azərbaycan münasibətlərinə və KTMT-nin işinə də istinad edilib.
Ermənistanla Azərbaycan arasında eskalasiya və qarşıdurma təhlükəsi qalmaqdadır. Buhaqda KTMT baş katibinin müavini Valeri Semerikov MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşündə deyib.
Semerikovun sözlərini TASS agentliyi sitat gətirib.
“Bu il təşkilatımızın məsuliyyət sferasında baş verən hadisələr və insidentlər KTMT-nin böhranlı vəziyyətlərə reaksiya mexanizminin optimallaşdırılması zərurətini göstərdi.
KTMT-yə üzv dövlətlərin rəhbərləri adından KTMT-yə üzv dövlətlərin rəhbərləri adından müvafiq sənədlər paketi hazırlanır”.
Məgər bunlar noyabrın 23-də Yerevanda keçiriləcək KTMT iclasında təqdim olunmaq üçünmü hazırlanır.Bu məlum deyil. Bu haqda rus rəsmisi danışmayıb.Mətn armradio.am







