BaşlıcaSiyasət

ER parlamenti: “Üçtərəfli parlamentlərarası danışıqların aparılması təklifi var idi

Rusiyanın “Ria Novost” agentliyinin məlumatına görə, Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli parlamentlərarası danışıqlar tezliklə, ola bilsin, noyabrda baş tuta bilər.

Daha öncə RF Federal Şurasının sədr müavini Konstantin Kosaçov bəyan etmişdi ki, RF Federal Şurası Ermənistan və Azərbaycan xalqları arasında etimadı möhkəmləndirmək  naminə üçtərəfli parlamentlərarası əlaqələrə başlayıb.

Radar Armeniya söhbətində parlament sədrinin  mətbuat katibi Tsovinar Xaçatryan bu xəbəri şərh edərkən əvvəlcə Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Soçidə keçirilən üçtərəfli görüşü nəticəsində imzalanmış bəyanatı xatırladıb.

“Bəyanatın aşağıdakı hissəsi bizim üçün son dərəcə vacibdir: “Biz qalan, o cümlədən humanitar problemlərin təcili həlli istiqamətində əlavə səylər göstərməyə razılaşdıq. Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata qətnaməsinə  uyğun olaraq bütün problemli məsələləri yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edib həll etməyə razılaşdıq.

Əlavə etməliyəm ki, yalnız yuxarıda qeyd olunanların həyata keçirilməsindən sonra biz digər sahələr üzrə danışıqlara, o cümlədən parlamentlərarası formatda danışıqlar platformasının formalaşdırılmasına keçə bilərik” –  deyərək Xaçatryan qeyd edib.

O, ətraflı məlumat verib ki, üçtərəfli parlamentlərarası danışıqların aparılması təklifi ER parlament sədrinin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin tərəfindən verilib və Alen Simonyanona müsbət cavab verib.

“Həmin görüşdə dəqiq format müzakirə olunmayıb və ya qeyd olunmayıb. Bu, sadəcə, təklif olub” – deyərək  Tsovinar Xaçatryan qeyd edib.

Daha çox göstər
Back to top button