
KTMT-nin Yerevanda keçirilən sammiti zamanı Rusiya Prezidenti Vladimir Putin üzv dövlətlərin prezidentlərinin diqqətini Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinin zəruriliyinə yönəldib.
Bu barədə “Ria Novosti” nəşrindən məlumatlanılır.
“Mən əvvəllər bu məsələ və Ermənistan-Azərbaycan münaqişəsinin hərtərəfli həllinə nail olmaq səyləri barədə danışan həmkarlarımla razıyam. Təbii ki, bunlar bizim diqqətimizi tələb edən kəskin məsələlərdir” – deyərək Putin bildirib.
Vladimir Putinin sözlərinə görə, Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında oktyabrın sonunda Soçidə əldə olunmuş razılaşmalar “fundamental məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaradıb”.
“Yalnız sərhədin demarkasiyası, nəqliyyat kommunikasiyaları və humanitar məsələlər üzrə bu (əvvəllər əldə edilmiş) razılaşmaları ardıcıl şəkildə yerinə yetirməklə biz Ermənistan və Azərbaycan arasında münasibətlərin stabil tənzimlənməsinə nail ola bilərik.
Ümid edirik ki, bu, son nəticədə iki ölkə Yerevan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracaq” – deyə o, bildirib.







