BaşlıcaSiyasət

Bakının əsəbiliyi və dövlət səviyyəsində yayılаn feyklər

Türkiyənin cənubunda və mərkəzi hissəsində baş verən zəlzələlərdən sonra dünyanın bir çox ölkəsi təbii fəlakətdən zərər çəkənlərə yardım üçün humanitar və axtarış-xilasetmə qrupları göndərib. Bu ölkələr arasında Türkiyənin çətin münasibətlərdə olduğu ölkələr də var idi ki, onlardan biri də Ermənistan idi.

Ermənistan və Türkiyənin diplomatik əlaqələri yoxdur və sərhədləri 1990-cı illərin əvvəllərindən bağlıdır. Son 30 ildə ilk dəfə olaraq iki ölkə arasında sərhəd Ermənistanın yardımını almaq üçün açılıb. Bu arada Azərbaycanın iqtidaryönlü mediası Ermənistanın hərəkətlərini diqqətlə araşdırıb və sorğu-sual edib. “Mikroskop Media” yazır ki, saxta xəbərlər də öz yerini tapıb.

▪ Jurnalist və siyasi müşahidəçi A.Həsrət bildirib ki, erməni xilasedicilər türklərin həyatını xilas etməkdə maraqlı olmayacaq və Türkiyə hüquq-mühafizə orqanları onların işlərini diqqətlə öyrənməlidir. Amma Çavuşoğlu özü təsdiqləyib ki, erməni xilasedicilər insanları xilas ediblər.

▪ “Bakı xəbər” saytı ermənilərin dağıntılar altında qalanları öldürə biləcəyini yazıb.

▪ “Milli az” saytı iki erməni xilasedicinin dağılmış evlərdən qızıl-zinət əşyalarını oğurladıqdan sonra Türkiyə polisi tərəfindən həbs edildiyi barədə saxta məlumat yayıb. Xəbəri digər xəbər agentlikləri də yayıb.

Rəsmi Bakı Türkiyə ilə Ermənistanın yaxınlaşması və Ermənistana yardımı şərh etməsə də, hadisələrin bu cür inkişafından hökumətin sevinmədiyi açıq-aydın görünür.

Daha çox göstər
Back to top button