
Almaniya Avropa Birliyinin Ermənistandakı missiyasının başlamasını alqışlayır Bu haqda Almaniyanın Ermənistandakı səfirliyi məlumatlandırıb
“Almaniya xeyli sayda alman üzvlərinin və missiya rəhbərinin iştirakı ilə missiyanı dəstəkləyir. Avropa Birliyinin Ermənistandakı missiyası Cənubi Qafqazda etimadın, sabitliyin və normallaşmanın təşviqi yolunda mühüm addımdır.
Sərhəd bölgəsində əhalinin təhlükəsizliyini yaxşılaşdırmaq üçün nəzərdə tutulub” – deyə səfirliyin rəsmi Facebook səhifəsində bildirilib.







