
ER Xarici işlər naziri Haaqa Məhkəməsinin qərarını alqışlayır: “Həqiqətin qalib gəldiyini görmək bizi sevindirir”
Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın dəhlizinin blokunun açılması üçün müvəqqəti tədbirin tətbiqi tələbi ilə bağlı qərarını alqışlayır.
Alınan məlumata görə, bu barədə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan özünün “Twitter” mikrobloqunda yazıb.
“Biz alqışlayırıq. Beynəlxalq Ədalət Məhkəməsi bu gün qərar çıxarıb ki, Azərbaycan Laçın dəhlizinin blokadasına son qoymaq və insanların, nəqliyyat vasitələrinin və yüklərin dəhlizlə fasiləsiz hərəkətini təmin etmək üçün bütün tədbirləri görməlidir.
Biz həqiqətin qalib gəlməsinə şadıq. Çünki məhkəmə Azərbaycanın əks iddiasını tamamilə rədd etdi” –deyə Mirzoyan yazıb.
Haaqa Azərbaycanı Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətini təmin etmək üçün öz səlahiyyətləri daxilində bütün tədbirləri görməyə məcbur edib.
Beləliklə Beynəlxalq Ədalət Məhkəməsi də Azərbaycanın Ermənistana qarşı müvəqqəti tədbirlərin tətbiqi tələbini rədd edib.







