
Ermənistan çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik mexanizmləri indi işləmir, Ermənistan isə indi yeni təminatlar tapmağa çalışır, yeni təhlükəsizlik təminatları axtarışındadır.
Bu haqda ER TŞ katibi Armen Qriqoryan Petros Ğazaryanla söhbətində bildirib.
“Əlbəttə, bizi Qərbə köçməkdə ittiham edirlər, lakin biz Hindistanla fəal əməkdaşlıq edirik. Biz təhlükəsizlik problemlərimizin həlli baxımından müxtəlif sahələrdə əməkdaşlıq edirik” – deyə o, bildirib.
Qriqoryanın sözlərinə görə, Rusiya Federasiyası siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini demir.







