
Sünik vilayətində “Şimal-Cənub” nəqliyyat dəhlizinin tikintisi işlərinin həyata keçirilməsi üçün Ermənistan 236 milyon dollardan çox kredit cəlb edir.
Kredit vəsaiti Kacaran hissəsində 32 kilometr uzunluğunda tunelin, Liçk hissəsində 17 körpünün, həmçinin Meğrinin dolama hissəsində 2 tunelin tikintisinə sərf olunacaq.
Alınan məlumata görə, müvafiq sazişi parlamentin iclasında Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyan təqdim edib.
Müqaviləni Ermənistan hökuməti və Avrasiya İnkişaf Bankı imzalayıb. Pul Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun vəsaitindən ayrılacaqdır.
Müqaviləyə əsasən, layihə çərçivəsində Kacaran tunelinin Aqarak üçün nəzərdə tutulan, uzunluğu təxminən 32 km olan qaranlıq yol hissəsinin yenidən qurulması və tikinti işlərinin aparılması nəzərdə tutulur.
Nəticədə, sürəti saatda 80 km olan 3 zolaqlı yola sahib olmağı planlaşdırırıq. Biz həmçinin 17 körpü, 2 tunel tikməyi planlaşdırırıq: Liçk hissəsində 320 m, Meqri dolama hissəsində 440 m” tikintisini nəzərdə tutmuşuq” – deyə Qaleçyan qeyd edib.
Layihələndirmə işləri yekunlaşıb. Tikinti işlərinə bu il başlanması planlaşdırılır.







