BaşlıcaEkonomika

Ermənistan AES-in mövcud enerji blokunun istismar müddətini iki dəfə artırmaq proqramı müzakirə olunub

ER ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan “Rosatom” Dövlət Korporasiyasının baş direktorunun müavini Nikolay Spaskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı “Rosatom” Dövlət Korporasiyasının cari əməkdaşlıq proqramları və əməkdaşlığın yeni istiqamətləri ilə bağlı məsələlər, xüsusilə, Ermənistanın AES-in mövcud enerji blokunun istismar müddətinin iki dəfə artırılması layihəsi, Ermənistanda yeni atom enerji blokunun tikintisi, həmçinin “Nairit Fabrikası” QSC-də təhlükəli tullantıların utilizasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Bildirilib ki, 2-ci AES-in enerji blokunun istismar müddətinin iki dəfə uzadılması planı hazırlanır. Plan ER hökuməti tərəfindən təsdiq edildikdən sonra müvafiq işlər başlayacaq.

Hazırda Ermənistanda yeni atom enerji blokunun tikintisinin ilkin texniki-iqtisadi əsaslandırması araşdırılır.

“Nairit Fabrikası” QSC-də mövcud tullantıların zərərsizləşdirilməsinə gəlincə, birgə həll yollarının tapılması məqsədilə “Rosatom” nümayəndələri ilə müzakirələr davam etdiriləcək.

Daha çox göstər
Back to top button