İctimaiyyət
Ermənistan yekdilliklə Otel Ulduzları İttifaqına qəbul edildi

Hotelstars İttifaqı 5-ci ümumi görüşda daha bir yeni üzv qəbul edib. Ermənistanın Almaniyadakı səfirliyi bildirdi ki, Ermənistan birliyin iclaslarında iştirak edəcə və peşəkar müzakirələrdə fəal iştirak edə biləcək.
“Biz Ermənistanı Avropa ulduzları ailəsində səmimiyyətlə qarşılayırıq və çox şadıq ki, bu yolla təsir dairəmizi genişləndirə bilirik. HSU sisteminin hazırda Avropadan kənarda qazandığı reputasiya heyranedicidir”,- deyə HSU prezidenti Markus Lute bildirdi.
HSU 2009-cu ildə yaradılıb, baş ofisi Brüsseldə yerləşir. O, vahid meyarlar kataloqu əsasında 21 Avropa ölkəsindəki otelləri 1-dən 5-ə qədər otel ulduzları kateqoriyasında sıralayır.







