
Konstitusiya islahatları hansı mərhələdədir, paketin baş nazirə nə vaxt təqdim edilməsi planlaşdırılır? Mayın 4-də jurnalistlər bu sualı ədliyyə naziri Qrigor Minasyana veriblər.
Minasyan prosesin normal getdiyini qeyd edib: “İntensiv müzakirələr gedir, fikrimcə, bu templə getsə, ilin sonuna kimi yaxşı konsepsiyamız olacaq”.
O əlavə edib: “Qlobal mənada biz yalnız parlament modelinin qorunub saxlanacağına toxunduq və 90 faiz lehinə səs verdi. Nəzarət və tarazlıq sistemi dəyişib. Prezidentin səlahiyyətləri genişləndirilməyəcək”.







