
44 günlük müharibədən əvvəl və indi də Azərbaycanın əsas siyasəti qisasçılıq siyasətidir.
Verilən məlumata görə, bu haqda ER Baş naziri Nikol Paşinyan Praqada transatlantik münasibətlər mərkəzində keçirilən “Ermənistanın problemli regionda demokratiyası” mövzusunda çıxışında və Təhlükəsizlik və sabitliyə ehtiyaclar” mövzusunda müzakirələr aparılarkən qeyd edib.
“Azərbaycanın əsas siyasəti 2020-ci il müharibəsindən əvvəl və indi də qisas siyasəti olub. Mən Azərbaycanda mövcud olan erməni nifrətini qeyd etdim.
Səmimi desəm, Ermənistanda bizdə heç vaxt antiazərbaycan nifrəti olmayıb. Bəli, problem var və qalır. Lakin ölkəmizdə heç vaxt antiazərbaycanlılara nifrəti olmayıb” – deyən Paşinyan bəzi fərdi təzahürləri istisna etməyib.
Baş nazir qeyd edib ki, erməni düşmənçiliyi Azərbaycanda rəsmi siyasətdir.
Ermənistan uzun müddət davam edən danışıqlar prosesində çevik olub. “Çox çətin danışıqlar nəticəsində müəyyən nailiyyət əldə edilərkən, növbəti anda Azərbaycan daha çox tələb etdi. Bu, bu günə qədər də davam davam etdirməkdədir”- deyə o. qeyd edib.
Baş nazir xatırladıb ki, Ermənistan və Azərbaycan liderləri Praqada ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması barədə qərar qəbul ediblər.
“Bəs bundan sonra nə oldu? Azərbaycan prezidenti bəzi “tarixi” xəritələrdən danışmağa başladı ki, guya bu xəritələr demarkasiya və delimitasiya üçün əsas olmalıdır.
O dedi: “Yerevan qədim Azərbaycan şəhəridir”. Yerevan ER-nın paytaxtıdır. Azərbaycan Ermənistana qarşı ərazi iddialarını davam etdirir.
İndi isə bu, sülh prosesində ən ciddi maneələrdən biridir. Erməni nifrəti və qisasçılığı Azərbaycanın rəsmi siyasətidir. Azərbaycan prezidenti hansı “tarixi” xəritələrdən danışır?
Hətta yarızarafatla deyirdilər ki, İsanın doğulmasından əvvəl mövcud olan bölgəmizin xəritələrindən istifadə etmək məqsədəuyğun ola bilər.
Ermənistan isə 100 faiz əmindir ki, biz həmin xəritələrdə Ermənistan ərazisini göstərə bilərik, 100 faiz əminik ki, heç kim Azərbaycanı həmin xəritələrdə göstərə bilməyəcəkdir” – deyə Paşinyan bəyan edib.







