
Syunik bölgəsinin keçmiş qubernatoru, keçmiş hərbçi Melikset Poğosyan bu gün jurnalistlərlə keçirdiyi brifinqdə qeyd edib ki, heç bir partiyanın üzvü olmayıb, lakin onun missiyası vətənin müdafiəsidir. “Mən dövlətimin, xalqımın, sərhədimin yanındayam. Niyə xalqı bölürsünüz? Mən heç kimin tərəfində deyiləm. Qubernator vəzifəsindən getdim, komandirlər yığışıb dedilər: “Getsən, hər birimiz 200 nəfər götürüb Syuniki xilas etməyə gedəcəyik. Nrnadzordan Xoznavara qədər, 300 km-lik yeni sərhəddə yeni mühəndislik işləri mən apardım. Sev liç (red. Qara göl) ordunun problemidir, cənub hissəsinin məsələsini həll edirdim”.
Melikset Poğosyan azərbaycanlıların Teğ kəndi ərazisində irəliləməsi, həmin ərazidə neçə metr geri çəkilməsi ilə bağlı müşahidələrə toxunaraq ətraflı danışıb. “5 km-lik hissədə gəlib, soxulublar. Rusiya sülhməramlı qoşunları yerləşdikləri yerdən çıxıb, onlar soxulublar. Orada postlar var ki, 5 metr irəli və ya geri getdilər”.
Poğosyanın sözlərinə görə, sərhəd qoşunları o hissəni qorumalı idi, lakin həmin hissədə hər gün toqquşmalar olur. “Bizim tərəf və onların tərəfi mühəndis işləri apara bilmir, atışma olur”.







